Haqqımızda

"Dəliməmmədli kəndkimya" Təchizad ASC
“Dəliməmmədli Kəndkimya Təchizat” ASC 1977-ci ildə yaradılıb və elə həmin ildən də fəaliyyət göstərir. Ofisimiz Goranboy rayonunda yerləşir. Müəssisə 3 min kvadrat
metr sahəyə malik böyük anbar da daxil olmaqla, 7 hektarlıq geniş bir ərazini əhatə edir.
“Dəliməmmədli Kəndkimya Təchizat” ASC Rusiya Federasiyasının “Apatit”,
“Evroxim”, “Kubişev”, Gürcüstan Respublikasının “Rustavi”, eləcə də Türkiyə və bir
çox Avropa ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
Biz daim sizi düşünürük!
Prioritetlərimizdən biri fermerlərimizin işini daha da asanlaşdırmaq, onlara operativ
xidmət göstərməkdir. Bu səbəbdən də şirkətimizin Satış komandası, xüsusilə, rayon
mərkəzlərindən uzaq kəndlərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan kəndlilərə
məhsullarımızın vaxtında və birbaşa çatdırılmasını təmin edir. Siz həmçinin satış
mərkəzlərimizdə Fermer Kartları vasitəsilə asanlıqla toxum, gübrə və bitki mühafizə
vasitələri də ala bilərsiniz.
Satış mərkəzlərimizə gəlməkdə çətinlik çəkən fermerlər +994 50 633 49 19 saylı telefonla əlaqə saxlamaqla ətraflı məlumatlar əldə edə bilərlər.
Bizimlə əlaqə
Biz innovativ texnologiyaların kənd təsərrüfatı sektoruna geniş tətbiqi ilə çalışırıq
ki, müştərilərimiz rahat və daha az vaxt sərf edərək məhsullarımızın hər bir çeşidini
asanlıqla sifariş edə bilsinlər. Bu sayt vasitəsilə siz nəinki əkinçilik və maldarlıq
fəaliyyəti iə bağlı ətraflı peşəkar məlumat ala, eyni zamanda öz sual və təkliflərinizi
bizə ünvanlaya bilərsiniz.